BİZNESLEKS KLUB


BİZNESLEKS KLUBU sahibkarları və digər əlaqədar şəxsləri birləşdirən BİZNESLEKS KONSULTANT şirkətinin platformasıdır. Burada sahibkarlar və digər əlaqədar şəxslər müxtəlif tədbirlər çərçivəsində toplaşa, yeniliklərlə tanış ola,, fikir mübadilələri apara, öz xidmətləri barədə təqdimatlar edə,yeni tərəfdaşlar qazana bilərlər. Eyni zamanda, BİZNESLEKS KONSULTANT şirkəti bu Klub vasitəsi ilə öz müştəriləri və digər şəxslər üçün maarifləndirici və məlumatlandırıcı tədbirlər, toplantılar, ekskursiyalar, səfərlər, görüşlər təşkil edə və üzvlərin istəklərinə uyğun digər tədbirləri həyata keçirə bilər.

İstənilən sahibkar və ya digər sahibkarlıqla əlaqəli fiziki və hüquqi şəxslər BİZNESLEKS KLUBUnun üzvü ola bilər.  Üzvlük ödənişsizdir. Lakin müəyyən tədbirlərdə iştirak üçün və digər layihələrlə bağlı haqq tələb edilə bilər.

Üzvlər BİZNESLEKS KONSULTANT Şirkətindən email vasitəsi ilə ödənişsiz olaraq biznes hüququ məsələləri barədə maarifləndirici və məlumatlandırıcı materiallar və xəbərlər (sahibkarlarlıqla bağlı yeni qanunvericilik aktları, hüquqi şərhlər, məsləhətlər, məqalələr və digər biznes hüquq xəbərləri) alacaqlar.

BİZNESLEKS KONSULTANT Şirkətinin hüquq və digər xidmətlərindən istifadə etmiş hər bir müştəri arzu etdikdə xidmətdən istifadə etdiyi andan BİZNESLEKS KLUBUnun üzv olur.

Bizə üzv olmaq üçün özünüz barədə məlumat və əlaqə vasitələri göstərilməklə office@biznesleks.az elektron ünvanımıza məktub yazmağınız xahiş olunur.

BİZNESLEKS KLUBU çərçivəsində aşağıdakı tədbirlərin təşkil edilməsi nəzərdə tutulur:
– maarifləndirici və məlumatlandırıcı seminarlar,
– sahibkarlıq obyektlərinə və ya digər yerlərə ekskursiyalar və səfərlər,
– müxtəlif dövlət və qeyri-dövlət qurumlarları və vəzifəli şəxslərlə sahibkarların görüşləri,
– üzv sahibkarların məhsullarının təqdimatları;
– üzvlərin maraqlarına və istəyinə uyğun digər xidmətlər.