Üzvlük şərtləri


İstənilən sahibkar və ya digər sahibkarlıqla əlaqəli fiziki və hüquqi şəxslər BİZNESLEKS KLUBUnun üzvü ola bilər.  Üzvlük ödənişsizdir. Lakin müəyyən tədbirlərdə iştirak üçün və digər layihələrlə bağlı haqq tələb edilə bilər.

Üzvlər BİZNESLEKS KONSULTANT Şirkətindən email vasitəsi ilə ödənişsiz olaraq biznes hüququ məsələləri barədə maarifləndirici və məlumatlandırıcı materiallar və xəbərlər (sahibkarlarlıqla bağlı yeni qanunvericilik aktları, hüquqi şərhlər, məsləhətlər, məqalələr və digər biznes hüquq xəbərləri) alacaqlar.

BİZNESLEKS KONSULTANT Şirkətinin hüquq və digər xidmətlərindən istifadə etmiş hər bir müştəri arzu etdikdə xidmətdən istifadə etdiyi andan BİZNESLEKS KLUBUnun üzv olur.

Bizə üzv olmaq üçün özünüz barədə məlumat və əlaqə vasitələri göstərilməklə office@biznesleks.az elektron ünvanımıza məktub yazmağınız xahiş olunur.