Klub haqqında


BİZNESLEKS KLUBU sahibkarları və digər əlaqədar şəxsləri birləşdirən BİZNESLEKS KONSULTANT şirkətinin platformasıdır. Burada sahibkarlar və digər əlaqədar şəxslər müxtəlif tədbirlər çərçivəsində toplaşa, yeniliklərlə tanış ola,, fikir mübadilələri apara, öz xidmətləri barədə təqdimatlar edə,yeni tərəfdaşlar qazana bilərlər. Eyni zamanda, BİZNESLEKS KONSULTANT şirkəti bu Klub vasitəsi ilə öz müştəriləri və digər şəxslər üçün maarifləndirici və məlumatlandırıcı tədbirlər, toplantılar, ekskursiyalar, səfərlər, görüşlər təşkil edə və üzvlərin istəklərinə uyğun digər tədbirləri həyata keçirə bilər.