Mübahisələrin həlli. Qərarların icrası


Mübahisələrin həlli

Məhkəmələrdə hüquqların müdafiəsi və mübahisələrin həlli sahəsində uzun illik təcrübəyə malik olan Şirkətimiz müştərilərimizi bütün məhkəmə instansiyalarında, dövlət orqanlarında və fiziki və hüquqi şəxslər qarşısında yüksək peşakarlıq və uğurla təmsil etməyə hazırdır. Biz mübahisələrin həlli üzrə əsasən aşağıdakıları təklif edirik:

  • Müştərinin bütün instansiya məhkəmələrdə mülki, iqtisadi, inzibati, vergi, cinayət işlərində, dövlət orqanları, fiziki və hüquqi şəxslər qarşısında təmsil edilməsi, müştərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi;
  • Mübahisələrin alternativ (mediasiya, arbitraj) qaydasında həlli;
  • Məhkəməyə və digər orqanlara, fiziki və hüquqi şəxslərə hüquqi sənədlərin – pretenziya, xəbərdarlıq məktubları, iddia ərizəsi və digər ərizələr, etiraz, barışıq sazişi, vəsatət, izahlar, apellyasiya, kassasiya, əlavə kassasiya şikayətləri, konstitusiya məhkəməsinə şikayət və sair hüquqi sənədlərin hazırlanması;
  • Mübahisələrdən irəli gələn hüquqi risklərin qiymətləndirilməsi;
  • Müştəriyə aid:
  • maddi və mənəvi (şərəf, ləyaqət, işgüzar nüfuz və s.) zərərlərin məhkəmə qaydasında kompensasiyası,
  • müxtəlif növ müqavilələrin etibarlılığı və ya etibarsızlığı,
  • öhdəliklərin icra edilməməsi və öhdəliklərə xitam verilməsi,
  • girov və ipoteka, dəbbə pulu, saxlama, zaminlik, qarantiya, beh münasibətlərindən irəli gələn mübahisələrinin həll edilməsi,
  • mülkiyyət, istifadə və s. hüquqların əldə edilməsi, itirilməsindən irəli gələn mübahisələrin həlli,
  • əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması;
  • yük daşınmasından irəli gələn mübahisələr;
  • özbaşina tikililərin qanuniliyinin tanınması;
  • torpaq mübahisələrin həlli,
  • əmək hüquqlarının müdafiəsi,
  • istehlakçıların hüquqlarının müdafiəsi,
  • ətraf mühitin mühafizəsi,
  • müəlliflik hüquqlarının müdafiəsi və s. işlərdə təmsilçilik və hüquqların müdafiəsi;
  • Nəzarət və digər dövlət orqanları ilə fiziki və hüquqi şəxslər arasında inzibati hüquq mübahisələrinin həlli üzrə xidmətlər, o cümlədən, dövlət orqanlarının qəbul etdiyi qərarların, nəzarət orqanlarının yoxlama aktlarının,inzibati tənbehlərin, müştəriyə yönəlmiş digər hüquqi tədbirlərin hüquqi ekspertizası, onların etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı hüquqi hərəkətlər;
  • İnzibati orqanların müştəriyə qarşı həyata keçirdiyi yoxlama və digər tədbirləri zamanı müştərinin təmsil edilməsi, inzibati orqanın qanunsuz müdaxiləsindən müdafiə, vəzifəli şəxslərin müştərinin hüquqlarını pozan hərəkət və hərəkətsizliyindən, dövlət orqanlarının inzibati aktlarından, məsuliyyətə cəlb etmə haqqında qərarlarından və digər aktlardan şikayətlərinhazırlanması;
  • Hüquqi şəxslər və ya fərdi sahibkarlar arasında mülki, inzibati və digər növ iqtisadi mübahisələrin həll edilməsi;
  • Yol-hərəkət qaydaları və yol-nəqliyat hadisələri ilə bağlı kompleks hüquqi xidmətlər;
  • Antiinhisar və haqsız rəqabət qanunvericiliyindən irəli gələn məsələlərin həlli ilə bağlı kompleks xidmətlər, o cümlədən şikayətlərin verilməsi, təmsilçilik, mübahisələrin həlli;
  • Xarici ölkələrin (MDB, Avropa İttifaqı ölkələri, Türkiyə, Gürcüstan və s.) məhkəmə, hüquq-mühafizə və digər orqanlar və təşkilatlarında, beynəlxalq arbitrajlarda müştərinin təmsil edilməsi və hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmədən kənar və məhkəmə qaydasında həllində hüquqi dəstək;
  • Azərbaycan Respublikası məhkəmələrinin qərarlarının xarici ölkəllərdə, xarici məhkəmələrin qərarının Azərbaycan Respublikasında tanınmasında hüquqi xidmətlər və s.

 

Qərarların icrası

Şirkətimiz müştərilərinə icra mərhələsində məhkəmə qərarlarının və digər aktların icrası ilə bağlı kompleks hüquqi xidmətlər təklif edir. Bunlara aşağıdakılar aiddir:

  • İcra tədbirlərində kreditor və ya borclu olan müştərinin təmsil edilməsi və hüquqlarının müdafiəsi;
  • Borlular, kreditorlar, icra xidməti əməkdaşları ilə danışıqlar, yazışmaların aparılması;
  • İcra orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayətlərin verilməsi;
  • Azərbaycan Respublikası məhkəmələrinin qərarlarının xarici ölkəllərdə, xarici məhkəmələrin qərarının Azərbaycan Respublikasında icra edilməsi ilə bağlı hüquqi xidmətlər və s.