Şirkət haqqında


Hüquq və konsaltinq şirkəti olan “BİZNESLEKS KONSULTANT” MMC Bakı şəhərində 14 yanvar 2008-ci ildə “ALOR Konsaltinq” MMC adı ilə təsis edilmişdir. Həmin vaxtdan şirkət yerli və xarici sahibkarlara və digər şəxslərə keyfiyyətli hüquq və digər xidmətlər göstərməklə onların fəaliyyətinə dəstək verməyə çalışır. Biznes hüququ üzrə 9 ildən çox bilik və təcrübəsi olan şirkət geniş əhatəli hüquq xidmətləri ilə yanaşı müştərilərinə maliyyə-muhasibatlıq, tərcümə, marketinq və PR, insan resursları və biznes təlimlər xidmətlərini təklif edir.

Şirkət xidmətlərini Azərbaycan dili ilə yanaşı 4 dildə – rus, ingilis, fransız və türk dillərində təklif etməklə həm Azərbaycanda, həm də xarici ölkələrdə müştərilərə xidmət göstərməyə, onları təmsil etməyə, hüquq və maraqlarını qorumağa, onların yerli, regional və beynəlxalq layihələrinə və biznes əməliyyatlarına tövhə verməyə hazırdır.

Missiyamız və dəyərlərimiz:

Şirkətimizin missiyası sahibkarlara və digər şəxslərə keyfiyyətli hüquq və digər xidmətlər göstərməklə davamlı olaraq onların müvafiq biznes ehtiyaclarını ödəmək və fəaliyyətlərinə dəstək vermək, bununla da uğurlarının bir parçası olmaqdır.

Bununla yanaşı biz biznesin hüquqi aspektləri barədə hüquqi məqalələr və məlumatlar təqdim etməklə və tədbirlər keçirməklə sahibkarlıq sahəsində maarifləndirmə işinə tövhə verməyə çalışırıq.

Biz öz fəaliyyətimizi peşəkarlıq, məsuliyyətlilik, vicdanlılıq, müştərinin maraqlarına sədaqət, hər məsələyə fərdi yanaşma, məxfilik, dönməzlik, müasirlik, səmərəlilik, hesabatlılıq dəyərləri üzərində qururuq. Biz hər bir müştəriyə fərdi yanaşırıq, müştəri məmnunluğu bizim fəaliyyətimizin əsas təkanverici qüvvəsidir. Biz daim yenilikləri izləyir, öz peşəkarlığımızı günün tələblərinə uyğun artırmaqla xidmətlərimizin keyfiyyətini yüksəltməyə və təkmilləşdirməyə çalışırıq.

Biz öz dəyərlərimizlə və peşəkarlığımızla müştərilərimizə fəaliyyətlərinin bütün mərhələlərində dəstək verməyə hazırıq.