Xidmət şərtləri


“BİZNESLEKS KONSULTANT” MMC yerli və xarici sahibkarlara və digər şəxslərə müxtəlif sahələr üzrə  hərtərəfli və müfəssəl hüquq xidmətləri və digər xidmətlər, o cümlədən, maliyyə-muhasibatlıq, tərcümə, marketinq və PR, insan resursları və biznes təlimlər xidmətlərini təklif edir.

Siz istənilən sayda, həcmdə və növdə xidmətlərimizi sifariş edə bilərsiniz.

Siz hər hansı bir hüquq xidmətini və ya digər xidmətimizi, onun bir hissəsini ayrılıqda və ya bir neçə növünü birlikdə sifariş edə bilərsiniz.

Eyni zamanda, Siz həm hüquq, həm də digər xidmətləri birlikdə sifariş edə bilərsiniz.

Siz xidmətlərimizin həm stabil aylıq abünə haqqı əsasında mütəmadi  olaraq göstərilməsini, həm də hər bir xidmətə görə ayrılıqda xidmət haqqı müqabilində  müvafiq xidmətimizi sifariş ed bilərsiniz.

Xidmətlərimizin və aylıq abünələrin qiyməti hər bir hal üçün ayrıca qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Bu zaman xidmətlərin növü, dili, həcmi, görüləcək işlərin xarakteri, sərf ediləcək vaxt, xərclər və digər meyarlar əsas götürülür. İstənilən halda qiymətlərimizin sərfəli olacağına zəmanət veririk!